UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun rəmzi komandası məlum olub.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, rəmzi komandada “Srvena Zvezda”nı 5:0 hesabıyla məğlub edən “Tottenhem”dən 3 futbolçu yer alıb:

Qapıçı: Paulo Qassaniqa (“Tottenhem”);

Müdafiəçilər: Stefan de Vrey (“İnter”), Yaroslav Rakitski (“Zenit”), Konrad Laimer (“Zalsburq”);

Yarımmüdafiəçilər: Anxel Di Maria (PSJ), Aleks-Oksleyd Çemberleyn (“Liverpul”), Erik Lamela, Hın Min Son (hər ikisi “Tottenhem”), Rahim Sterlinq (“Mançester Siti”);

Hücumçular: Dris Mertens (“Napoli”), Kilian Mbappe (PSJ).