Çempionlar Liqasının qrupları bəlli olub
- 31 Okt 2019 12:30
- 1076
Qadın voleybolçular arasında Çempionlar Liqasında qruplar bəlli olub. "Rekord.az" xəbər verir ki, bu mərhələdə 20 komanda hərəsində 4 komanda olmaqla 5 qrupda mübarizə aparacaq.
Qrup mərhələsinin yalnız bir iştirakçısının adı müəyyən deyil. Belə ki, ilkin mərhələdə mübarizə aparan Macarıstanın "Vasas" və Albaniyanın "Partizani" klubları arasında bu gün keçirəcəkləri görüşdən sonra əsas mərhələnin son iştirakçısının adı bəlli olacaq. Cütün ilk görüşündə "Vasas" rəqibini quru hesabla məğlub edib. Albaniyada baş tutacaq qarşılaşmanın yekun nəticəsində qalib gələcək komanda adını ÇL-nın qrup mərhələsinə yazdıracaq.
Qeyd edək ki, "Vasas"da çıxış edən və komandanın aparıcı oyunçularından olan Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın da bu mərhələdə iştirak şansı var. Blokçumuzun formasını geyindiyi Macarıstan təmsilçisinin şansları daha yüksək göstərilir.
Çempionlar Liqası (2019/20), qruplar
A qrupu: "Əczaçıbaşı" (Türkiyə), "Budowlani" (Polşa), "LP Salo" (Finlandiya), "Fenerbahçe" (Türkiyə)
B qrupu: "VakifBank" (Türkiyə), "Lokomotiv Kalininqrad" (Rusiya), "Nova KBM Branik" (Sloveniya), "Savino Del Bene"(İtaliya)
C qrupu: "Novara" (İtaliya), "Commercecon" (Polşa), "Allianz MTV Stuttgart" (Almaniya), "Khimik"(Uktayna)
D qrupu: "Conegliano" (İtaliya), "Nantes" (Fransa), "Alba Blaj" (Rumıniya), 3-303/3-304 oyununun qalibi ("Vasas" (Macarıstan) və ya "Partizani" (Albaniya))
E qrupu: "Dinamo Moskva" (Rusiya), "Cannes" (Fransa), "Maritza Plovdiv" (Bolqarıstan), "Uraloçka" (Rusiya)