Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı
- 16 Okt 2019 11:20
- 845
Futbol üzrə Şimali Koreya yığması 29 il sonra öz meydanında Cənubi Koreya millisini qəbul edib.
Rekord.az xəbər verir ki, sözügedən komandalar DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində üz-üzə gəliblər.
Görüş Şimali Koreyanın paytaxtı Pxenyanda keçirilib. Qolsuz başa çatan matça Cənubi Koreya azarkeşləri və mətbuat nümayəndələri buraxılmayıb. Qarşılaşmanın canlı yayımlanmasına da icazə verilməyib.
Qeyd edək ki, ölkələr arasında siyasi gərginliyə görə Şimali Koreya sonuncu dəfə Cənubi Koreya ilə evdə 1990-cı ildə qarşılaşıb. Bu komandalar arasındakı oyunlar ya Cənubi Koreyada, ya da neytral meydanda keçirilirdi.