CEV-dən azərbaycanlı mütəxəssisə etimad
- 29 Noy 2022 10:34
- 2427
Avropa Voleybol konfederasiyası növbəti dəfə azərbaycanlı mütəxəssisə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli "Challenge Cup"ın 1/32 final mərhələsinin matçlarında supervayzer olacaq.
Z.Gözəlbəyli 29 və 30 noyabr tarixlərində Bakıda qadın voleybolçular arasında baş tutacaq Azərbaycanın "Azərreyl" və Slovakiyanın "Slaviya" klublarının qarşılaşmalarında hakimlərin işinə qiymət verəcək.
Voleybol Mərkəzində təşkil olunacaq oyunlarda ilk gün matçın birinci hakimi Hatice Özmen Yıldız (Türkiyə), ikinci hakimi isə Simon İvanov (Bolqarıstan) olacaq. İkinci gün isə türkiyəli Hatice Özmen Yıldız ikinci hakim, serbiyalı Aleksandra Balandziç əsas hakim vəzifəsini yerinə yetirəcəklər.