Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb. "Rekord.az" xəbər verri ki,  həmyerlimiz oğlan və qız voleybolçular arasında keçiriləcək çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında iştirak edəcək.

Kazımova 17-20 avqust tarixlərində Latviyanın Riqa şəhərində keçiriləcək turnirin oyunlarına CEV-in tibbi nümayəndəsi olaraq nəzarət edəcək.