Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə həmyerlimizə etimad göstərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov avrokubok matşına təyinat alıb. 

Təcrübəli referimiz bu gün kişi voleybolçular arasında Çempionlar Liqasında B qrupunda yer alan Türkiyənin "Halkbank Ankara" və Bolqarıstanın "Hebar Pazardzhik" klublarının 4-cü tur çərçivəsində keçiriləcək qarşılaşmasını idarə edəcək.

CEV-in təyinatına əsasən Zülfüqarov Ankaranın "TVF SC Baskent Sports Salonu"unda təşkil olunacaq görüşdə baş hakim olaraq oyunu idarə edəcək. Görüşün ikinci hakimi isə fransalı Şantal Kayser olacaq.