CEV federasiyasının daha bir əməkdaşına etimad göstərib
- 19 İyn 2021 18:02
- 704
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının daha bir əməkdaşına etimad göstərib. "Rekord.az" xəbər verir ki, federasiyasının həkimi, CEV-in Tibb Komissiyasının üzvü Vüsalə Kazımovaya ilk dəfə avroliqa oyunlarına təyinat alıb.
Həmyerlimiz qadın voleybolçular arasında Qızıl Avropa Liqasının final mərhələsinin oyunlarında iştirak edəcək.
Kazımova Bolqarıstanın Ruse şəhərində keçirilən oyunlara CEV-in tibbi nümayəndəsi olaraq nəzarət edəcək.
Qeyd edək ki, Qızıl Avropa Liqasının final mərhələsində İspaniya, Xorvatiya, Çexiya və ev sahibi Bolqarıstan milli komandaları mübarizə aparacaq.