CEV həmyerlimizə növbəti dəfə etimad göstərdi
- 18 Okt 2022 14:43
- 458
Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə azərbaycanlı mütəxəssisə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli Çelenc kubokunun 1/32 final mərhələsinin matçlarında supervayzer olacaq.
CEV-in təyinatına əsasən Gözəlbəyli oktyabrın 19-da və 20-də Bakıda kişi voleybolçular arasında keçiriləcək “Murov” (AZE) - “Kitro Varazdin” (CRO) matçlarında hakimlərin işinə qiymət verəcək.
“Voleybol Mərkəzi”ndə keçiriləcək oyunlarda birinci gün rumıniyalı Darius Dumitru Meska və litvalı Sergey Rodin, ikinci gün isə türkiyəli Deniz Demir və rumıniyalı Darius Dumitru Meska hakimlik edəcəklər.