Azərbaycan Voleybol Federasiyasının baş katibi, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə heyətinin üzvü Cəlil Cəfərov qurumun plenar iclasında iştirak edib. "Rekord.az" xəbər verir ki, CEV-in İdarə heyəti yeni tərkiblə ilin III toplantısını avqustun 14-də Avstriyanın paytaxtı Vyanada keçirib.

İclasda 2021-ci ilin voleybol sevərlər üçün həyəcanlı bir il olduğu qeyd edilib. Daha sonra hər kəsin böyük maraqla izlədiyi Tokio-2020 Yay Olimpiya Oyunlarından, çimərlik voleybolu üzrə qitə birinciliyindən və bir neçə gündən sonra start götürəcək Avropa çempionatından danışılıb. O cümlədən iclasda pandemiya dövrünün voleybola olan mənfi təsirlərindən və onunla mübarizə yolundan, həmçinin gələcək üçün qarşıda duran planlardan danışılıb.