Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi "Zirvə" voleybol klubunu ziyarət edib. "Rekord.az" xəbər verir ki, qurumun Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova azyaşlı və yeniyetmə voleybolçularla görüşüb.

Tədbir CEV-in Regional İnkişaf Mərkəzlərinin xətti ilə uşaqlar arasında voleybol idman növünün inkişaf layihəsi çərçivəsində baş tutub. Federasiya rəsmisi azyaşlı və yeniyetmə voleybolçulara bu idman növü haqqında ətraflı məlumat verib, Azərbaycanda voleybolun inkişafından danışıb.

Xırdalan şəhərində yerləşən “Zirvə” voleybol klubunda qonaq olan İsmayılova burada uşaqlar arasında təşkil olununan yoldaşlıq oyununlarını da izləyib. Ardınca uşaqlara voleybol topları hədiyyə edilib.