CEV-in prezidenti dəyişmişdi
- 16 Okt 2020 20:20
- 926
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti vəzifəsinə seçkilər keçirilib. "Rekord.az" xəbər verir ki, səsvermə Avstriyanın paytaxtı Vyanada qurumun 41-ci Baş Assambleyasında baş tutub.
Səsvermənin nəticəsinə əsasən, Aleksandr Boriçiç daha 4 il CEV-ə rəhbərlik edəcək. 36 səs yığan serbiyalı mütəxəssis seçkidə yeganə rəqibi olan estoniyalı Hanno Pevkuri qabaqlayıb. Sonuncu 19 yerli federasiyanın səsini toplayıb.
Tədbirdə ölkəmizi AVF-nin baş katib Cəlil Cəfərov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman təmsil ediblər.
Qeyd edək ki, ikinci dəfə CEV-in prezidenti seçilən A. Boriçiç bu vəzifədə 2015-ci ildən çalışır.