Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Skiriç aprelin 24-də Bakıya səfər edəcək. "Rekord.az" xəbər verir ki, CEV prezidenti Azərbaycan çempionatının finallarında daiştirak edəcək.

Qurum rəhbəri 24-25 aprel tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq qadın və kişi voleybolçuların Yüksək Liqasında final oyunlarını izləyəcək. Roko Skiriç, həmçinin qaliblərin mükafatlandırma mərasimində iştirak edəcək.

Səfər çərçivəsində CEV rəhbəri ilə bir neçə mühüm görüşün keçirilməsi də nəzərdə tutulub.