
CEV prezidenti ilə görüş keçirilib
- 13:56
- 46
Bu gün Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev, AVF-nin baş katib Faiq Orucov, AVF prezidentinin müşaviri Cəlil Cəfərov, gənc qız və oğlanlardan ibarət milli komandaların oyunçuları və məşqçiləri ilə görüşüblər. "Rekord.az" xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan toplantıda CEV prezidenti gəncləri salamlayıb, onlara uğurlar arzu edib.
CEV rəhbəri AVF-də uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Daha sonra AVF-nin icraçı direktoru Vüqar Hüseynzadə federasiyada görülən işlər və qarşıdakı planları əhatə edən təqdimatla çıxış edib.
Tədbirdə AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme çıxış edərək bildirib ki, AVF-də məşqçiliyə yeni başlayan mütəxəssislərlə işlər aparılır, onların bilik və bacarıqlarının artırılmasına dair müxtəlif seminarlar təşkil edilir.