Çiçarito rəsmən ABŞ klubunda
- 22 Yan 2020 17:20
- 1009
“Sevilya”nın futbolçusu Xavyer Hernandes karyerasını ABŞ-da davam etdirəcək.
Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu “Los Anceles Qalaksi” klubuna keçib.
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Meksikalı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Karyerası ərzində “Çivas”, “Mançester Yunayted”, “Real”, “Bayer”, “Vest Hem” kimi klublarda forma geyinən Çiçarito ləqəbli hücumçu, 2019-cu ildən “Sevilya”da idi. Meksika yığmasında 109 oyun keçirən futbolçu 52 qola imza atıb. Bu göstərici ilə o, millinin ən yaxşı bombardiridi.