Çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsində iştirak edəcəklər
- 21 İyn 2024 21:30
- 215
İyunun 28-29-da Fransada çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi baş tutacaq.
Rekord.az xəbər verir ki, San Loren Dü-Var şəhərinin çimərliyində keçiriləcək yarışda ölkəmizi 3 idmançı təmsil edəcək.
Dünya çempionu İbrahim Yusubov yenə 90 kq-da mübarizə aparacaq. Dünya mükafatçısı Ramiz Həsənov bu dəfə 80 kq-da qüvvəsini sınayacaq. 70 kq-da isə debütant güləşəcək. U-23 Avropa çempionatının gümüş medalçısı Rəşid Babazadə çimərlik güləşində debüt edəcək.