Çimərlik voleybolu üzrə klublararası “Avropa Kuboku” (Beach Volley European Cup) start götürüb. "Rekord.az" xəbər verir ki, yarışda çıxış edən “AZERRAIL” klubunun həm qadınlar, həm də kişilərdən ibarət komandaları yarışın ilk gününü qələbə ilə başa vurublar.

Fransanın Montpellier şəhərində keçirilən yarışda qadınlardan ibarət komandamız hər iki matçda Avstriyanın “Bergstrand Beachvolleyball” klubunu 2:0 hesabı ilə məğlub edib. Kişilərdən ibarət

komandamız isə Fransanın “Re Beach” klubuna hər iki görüşdə 2:1 hesabı ilə qalib gəlib.

Oyunların nəticəsi

10 oktyabr

Qadınlar

   “AZERRAIL” - “Bergstrand Beachvolleyball” (AUT) 2:0 (21:17; 21:10)

   “Bergstrand Beachvolleyball” (AUT) - “AZERRAIL” 0:2 (07:21, 16:21)

Kişilər

   “AZERRAIL” - “Re Beach Club” (FRA) 2:1 (26:28; 22:20; 15:08)

   “AZERRAIL” - “Re Beach Club” (FRA) 2:1 (18:21; 21:17; 15:10)