McLaren komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 sinfi üzrə Dünya Avtomobil Yarışı Çempionatının ikinci mərhələsində - Çin qran-prisində qalib gəlib.


Rekord.az xəbər verir ki, yarış Şanxayda baş tutub.


Piastri Formula 1-də üçüncü dəfə qalib olub. Onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. İlk üçlüyü Mercedes komandasının pilotu britaniyalı Corc Rassel tamamlayıb. Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso (Aston Martin) yarışı erkən bitirib.


Növbəti mərhələ aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.