Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasında Astara mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün əvvəlcə 1/4 final oyunları baş tutub.

İlk 1/4 final oyununda Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəlib. Klub təmsilçimiz “Neftçi" isə 1/4 final oyununda güclü Çin millisinə 6:21 hesabı ilə məğlub olub. Digər 1/4 final oyunlarında Avstriya 14:8 hesabı ilə Macarıstana, Misir seçməsi isə Çinin "Yuanda" klubuna 21:13 hesabı ilə qalib gəlib.

Yarımfinal oyunlarında Çin millisi Ukraynanı 19:17, Misir yığması Avstriyanı 21:14 hesabıyla üstələyib. Finalda Misirə 21:15 hesabıyla qalib gələn Çin yığması Astaradakı turnirin qalibi olub.