Çingiz Hüseynzadə Kamerunda
- 11 May 2022 13:15
- 589
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Kamerun-2025 İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının prezidenti Çingiz Hüseynzadə Kameruna səfər edib.
Rekord.az xəbər verir ki, Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Kamerunun dövlət rəsmiləri, Kamerun Olimpiya Komitəsinin prezidenti Hamad Kalakaba, idman naziri Narcisse Mouelle Kombi, Yaunde şəhərinin meri Messi Atanqana, xarici işlər nazirlnin müavini Mbaya Feliks ilə görüşüblər.
Görüşlərdə ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub. 2025-ci ildə Kamerunun İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar olaraq komissiya üzvləri idman obyektlərinin vəziyyəti ilə tanış olub və ümumilikdə yarışların baş tutacağı infrastruktur sahələrinə baxış keçiriblər.