Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışda qızıl medal qazanan Çin atleti Feng Sixuanın fikirləri:

“Bu, Azərbaycana ilk səfərimdir. Burada birinci, karyeram ərzində ikinci qızıl medalımdır. Bakıda insanların bizə olan isti münasibətini görmək xoşdur.

Bakı Atıcılıq Mərkəzində atletlərə yaradılan şərait haqda ən xoş sözləri deyə bilərəm. Yeganə problem 25 metr məsafəyə atəş zamanı ərazinin bəzən qaranlıq olmasıydı. Bəzən işıqlı olurdu, bəzən qaranlıq. Bunun nədən qaynaqlandığını deyə biləyəcəyəm. Ümumilikdə, mərkəz barədə təəssüratlarım yüksəkdir.

Avqustda Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəyimə inanıram. Ümid edirəm ki, həmin yarışda da burada qızıl medal qazanacağam”.