ÇL: Azərbaycan çempionu mübarizəni dayandırdı
- 24 Avq 2024 18:40
- 181
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu mübarizəni dayandırıb.
Rekord.az xəbər verir ki, yer aldığı H qrupunda son oyununa çıxan komandamız İsveçin “Uddevalla” klubu ilə qarşılaşıb.
Rəqibinə 3:4 hesabı ilə uduzan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.
Reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksəlir. "Araz-Naxçıvan" Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” və Estoniya çempionu “Sillamae Silla” üzərində qələbə qazansa da, bu, yetərsiz olub.