ÇL: “Barselona” “Bayern”ə qalib gəldi, “Atletiko” evdə uduzdu
- 24 Okt 2024 01:04
- 165
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.
Rekord.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub.
İspaniyanın “Barselona” klubu doğma meydanda Almaniya təmsilçisi “Bayern”i böyük hesabla məğlub edib. “Mançester Siti” (İngiltərə) evdə “Sparta”nı (Çexiya) darmadağın edib. İngiltərənin digər təmsilçisi “Liverpul” isə səfərdə “Leyptsiq”ə (Almaniya) minimal hesabla qalib gəlib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
23 oktyabr
“Atalanta” (İtaliya) - “Seltik” (Şotlandiya) 0:0
“Brest” (Fransa) - “Bayer” (Almaniya) 1:1
Qollar: Les-Melu, 39 – Virts, 24.
“Mançester Siti” (İngiltərə) - “Sparta” (Praqa, Çexiya) 5:0
Qollar: Foden, 3. Haland, 58; 68. Stounz, 64. M.Nunyes, 88-pen.
“Leypsiq” (Almaniya) - “Liverpul” (İngiltərə) 0:1
Qol: D.Nunyes, 27.
“Barselona” (İspaniya) - “Bayern” (Almaniya) 4:1
Qollar: Rafinya, 1; 45; 56. Levandovski, 36 – H.Keyn, 18.
“Atletik” (İspaniya) - “Lill” (Fransa) 1:3
Qollar: X.Alvares, 8 – Jeqrova, 61. David, 74-pen; 89.
“Benfika” (Portuqaliya) - “Feyenoord” (Niderland) 1:3
Qollar: K.Aktürkoğlu, 66 – Ueda, 12. Milambo, 33; 90+2.
“Zalsburq” (Avstriya) - “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
Qollar: Kulenoviç, 49. B.Petkoviç, 84.
“Yanq Boyz” (İsveçrə) - “İnter” (İtaliya) 0:1
Qol: M.Türam, 90+3.