
ÇL: “Bayern” evdə, “Real” səfərdə uduzdu
- 09 Apr 2025 00:54
- 129
Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.
“Real”ı səfərdə London “Arsenal”ı ilə qarşılaşıb və böyük hesabla uduzub. “Bayern” isə evdə Milan “İnter”inə məğlub olub.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
8 aprel
“Arsenal” (İngiltərə) - “Real” (İspaniya) 3:0
Qollar: D.Rays, 58; 70. M.Merino, 75.
“Bayern” (Almaniya) - “İnter” (İtaliya) 1:2
Qollar: T.Müller, 85 – L.Martines, 38. D.Frattezi, 88.