UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.


Rekord.az xəbər verir ki, bu, Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Seru Girassidir.


28 yaşlı qvineyalı oyunçu "Sportinq"lə (Portuqaliya) keçirilən ilk pley-off matçında (3:0) 1 qol, 1 assistlə yadda qalıb.


O, səsvermədə Vinisius Junior ("Real", İspaniya), Vangelis Pavlidis ("Benfika", Portuqaliya) və İqor Payşanı ("Feyenoord", Niderland) qabaqlayıb.