Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun ən yaxşı oyunçusu məlum olub.

Rekord.az xəbər verir ki, bu, “Mançester Siti”nin futbolçusu Rahim Sterlinqdi. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Sterlinq komandasının “Atalanta”nı 5:1 hesabıyla məğlub etdiyi oyunda 3 qol vurub.