Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turundan sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

Rekord.az xəbər verir ki, “Real”ın futbolçusu Vinisius Juniorun “Şaxtyor”a (5:0) vurduğu qol ən yaxşı seçilib.

Namizədlər arasında “İnter”in futbolçusu Edin Dzekonun “Şerif”ə (3:1), “Liverpul”un oyunçusu Nabi Keytanın “Atletiko”ya (3:2) və “Sportinq”in futbolçusu Poulinyo Diasın “Beşiktaş”a (4:1) vurduğu qollar da var idi.

3-cü turun ən yaxşı qollarının videosunu təqdim edirik: