UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşlərindən sonra həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Rekord.az xəbər verir ki, birincilik uğrunda Vinisius Junior (“Real”, Madrid) və Mats Hummels (“Borussiya”, Dortmund) mübarizə aparır.

Vinisius "Bayern"lə (2:2) görüşdə dubl edib. Hummels isə PSJ (1:0) ilə qarşılaşmanı yüksək səviyyədə keçirib.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.