İngiltərənin "Arsenal" klubunun hücumçusu Bukayo Saka azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.


Rekord.az xəbər verir ki, o, Liqa mərhələsinin 6-cı turunda "Monako" (Fransa) ilə görüşdə komandasının 3:0 hesablı qələbəsində əsas pay sahibi kimi 2 qol vurub və 1 asist edib.


Saka cari mövsüm qitənin ən nüfuzlu klub turnirində 5 matçda 4 dəfə rəqib qapılarına yol tapıb.