İngiltərənin "Aston Villa" klubunun argentinalı hücumçusu Morqan Rocers azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.


Rekord.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.


Rocers ÇL-in Liqa mərhələsinin 8-ci turunda "Seltik"lə (Şotlandiya) görüşdə (4:2) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.


22 yaşlı ingiltərəli oyunçu səsvermədə Antuan Qrizmann ("Atletiko", İspaniya), Usman Dembele (PSJ, Fransa) və Lautaro Martinesi (“İnter”, İtaliya) qabaqlayıb.