
ÇL: Deklan Rays beşinci oldu
- 09 Apr 2025 17:00
- 84
“Arsenal”ın üzvü Deklan Rays UEFA Çempionlar Liqası matçında cərimə zərbəsindən dubl edən beşinci futbolçu olub.
Rekord.az “Global Soccer Awards”a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüafiəçi bunu turnirin ötən gün baş tutan 1/4 final mərhələsinin “Real”la (İspaniya) ilk matçında (3:0) reallaşdırıb.
İngiltərəli futbolçu 58 və 70-ci dəqiqələrdə fərqlənib. Daha əvvəl Rivaldo, Kriştianu Ronaldu, Neymar və Hakim Ziyeş Çempionlar Liqası matçlarında cərimə zərbələrindən dubl etmişdilər.
Komandalar arasında cavab matçı aprelin 16-da Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.