ÇL: “Fənərbaxça” növbəti mərhələdə
- 31 İyl 2024 00:54
- 157
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Rekord.az xəbər verir ki, bu gün 7 qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ” “Linkoln”u qəbul edib və 5:0 hesabı ilə qalib gəlib. “Fənərbaxça” isə öz meydanında “Luqano”nu sınağa çəkib. Türklər səfərdə olduğu kimi yenə əzmkar qələbə qazanıblar.
Günün ən gözlənilməz nəticəsi Farer adalarında qeydə alınıb. "Klaksvik" İsveç çempionu "Malmö"nü məğlub edib. Amma bu qələbə "cırtdan ölkə" təmsilçilərini növbəti mərhələyə keçməyə kömək etməyib.
Cavab oyunlarına iyulun 31-də yekun vurulacaq.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
30 iyul
"Qarabağ" - "Linkoln" 5:0
İlk oyun – 2:0
"Petrokub" – APOEL 1:1
İlk oyun – 0:1
"Fənərbaxça" - "Luqano" 2:1
İlk oyun - 4:3
"Sparta" - "Şemrok Rovers" 4:2
İlk oyun – 2:0
TNS - "Ferentsvaroş" 1:2
İlk oyun – 0:5
“Slovan” – “Çelye” 5:0
İlk oyun – 1:1
“Klaksvik" - "Malmö" 3:2
İlk oyun – 1:4