İspaniyanın “Barselona” klubunun baş məşqçisi Kike Setyen UEFA Çempionlar Liqası və La Liqanı qazanmaq arzusundan danışıb.

Rekord.az xəbər verir ki, 61 yaşlı mütəxəssis AS nəşrinə açıqlamasına bununla bağlı maraqlı fikirlər səsləndirib:

“Futbolçularıma deyirəm ki, mən tələsirəm, itirməyə vaxtım yoxdu. Çünki Çempionlar Liqasının və La Liqanın qalibi olmaq istəyirəm. Hər iki turnirin qalibi olsaq, daha yaxşı olacaq. Əlbəttə, Çempionlar Liqasının kuboku ilə otlaqlarda inəklərin arasında gəzişmək və onlara bunu göstərməyi arzulayıram”.

Qeyd edək ki, "Barselona" koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış ÇL-in 1/8 final mərhələsində "Napoli" ilə ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşıb.