ÇL: “Qalatasaray” məğlubiyyətlə başladı
- 22 Avq 2024 01:18
- 138
Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Rekord.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.
Türkiyə çempionu “Qalatasaray” səfərdə “Yanq Boyz”la qarşılaşıb və məğlubiyyətə üzülüb.
Kiyev “Dinamo”su da “Zalsburq”la ev oyunundan məğlubiyyətlə ayrılıb.
Pley-offun cavab görüşləri avqustun 27-28-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
“Dinamo” (Kiyev, Ukrayna) - “Zalsburq” (Avstriya) 0:2
“Malmö” (İsveç) - “Sparta” (Praqa, Çexiya) 0:2
“Midtyulland” (Danimarka) - “Slovan” (Slovakiya) 1:1
“Yanq Boyz” (İsveçrə) - “Qalatasaray” (Türkiyə) 3:2