ÇL: “Qarabağ”ın 3-cü təsnifat mərhələsində rəqibi müəyyənləşdi
- 01 Avq 2024 01:38
- 260
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Rekord.az xəbər verir ki, cavab görüşləri çərçivəsində 7 matç baş tutub.
Azərbaycan çempionu "Qarabağ"ın 3-cü təsnifat mərhələsindəki rəqibi də bəlli olub. Qurban Qurbanovun komandası Boqlarıstanın "Ludoqorets" klubu ilə qarşılaşacaq. Bolqarıstanlılar 2 oyunun nəticəsinə görə Minsk "Dinamo"sunu mübarizədən kənarlaşdırıblar. Evdə 2:0 hesabı ilə qalib gələn "Ludoqorets" səfərdə 0:1 hesabı ilə uduzub.
"Qarabağ"la Bolqarıstan çempionu arasındakı oyunlar avqustun 5-6-da və avqustun 13-də keçiriləcək.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
31 iyul
RFS - Bodo Qlimt 1:3
İlk oyun – 0:4
Midtyulland - Santa Koloma 1:0
İlk oyun – 3:0
Makkabi (Təl-Əviv) - Styaua 0:1
İlk oyun – 1:1
Partizan - Dinamo (Kiyev) 0:3
İlk oyun - 2:6
Yagellonya – Panevejis 3:1
İlk oyun – 4:0
Dinamo (Minsk) - Ludoqorets 1:0
İlk oyun – 0:2
Borats – PAOK 0:1
İlk oyun – 2:3