ÇL: “Qarabağ”ın rəqibi bu gün müəyyənləşəcək
- 16 İyl 2024 15:30
- 262
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi bu gün müəyyənləşəcək.
Rekord.az xəbər verir ki, "Linkoln" (Cəbəllütariq) və "Hamrun" (Malta) komandaları 1-ci təsnifat mərhələsi çərçivəsində Cəbəllütariqdə cavab matçına çıxacaqlar.
Maltada baş tutmuş ilk görüşdə "Linkoln" 1:0 hesablı qələbə qazanıb.
Ağdam klubu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.