ÇL: “Sankt-Pölten” - "Neftçi" oyununun təyinatları açıqlandı
- 23 Avq 2024 19:00
- 177
Qadın futbolçulardan ibarət “Neftçi” komandasının UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Rekord.az xəbər verir ki, UEFA sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq görüşü Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edib.
Matçda baş hakim kimi Yelena Kumer (Xorvatiya) fit çalacaq. Ona bu işdə Sanya Rodyak-Karşiç (Xorvatiya), Françeska Di Monte (İtaliya) kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Mariya Marotta (İtaliya) yerinə yetirəcək.
Qeyd edək ki, “Sankt-Pölten” – “Neftçi” qarşılaşması saat 18:00-da başlayacaq.