
Coşqun 90, Vüsal 87 dəqiqə oynadı
- 10 Apr 2025 14:30
- 75
Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.
Coşqun Diniyevli “Çorum” səfərdə “Ərzurumspor”la qarşılaşıb və xal itirib – 1:1. Coşqun 90 dəqiqə meydanda olub.
Vüsal İsgəndərlinin komandası – “Boluspor” isə doğma meydanda “Sakaryaspor”a 3:1 hesabıyla qalib gəlib. Vüsal start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
“Boluspor” hazırda 48 xalla 8-ci, eyni xala malik “Çorum” isə 11-ci pillədə qərarlaşıb.