Cüdo Məşqçiləri BCF Akademiyasının Proqramında iştirak edir
- 05 Fev 2024 22:00
- 414
Fevralın 5-də Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının cüdo üzrə seminar və sertifikat proqramına start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası (ACF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə əməkdaşlığı ilə keçirilən proqramda Azərbaycanın müxtəlif bölgələrindən ümumilikdə 63 məşqçi iştirak edir.
Proqram üçün BCF Akademiyasının direktoru Envik Qalea, BCF Hakimlər Komitəsinin rəhbəri Daniel Laskau və digər ekspertlərin Bakıya səfəri planlaşdırılıb.
Açılış mərasimində BCF Akademiyasının direktoru Envik Qalea Azərbaycan cüdosunun əldə etdiyi mühüm nailiyyətlər barədə fikirlərini bildirib. O, Azərbaycanda Akademiyaya marağın artdığını qeyd edib və cüdo mərkəzinin yüksək səviyyəli məşqlər üçün yaratdığı əla şəraiti yüksək qiymətləndirib. Qalea ölkədə cüdonun perspektiv inkişafını vurğulayaraq, sertifikatlaşdırma və imtahan prosesinin davam etdiriləcəyini bildirib. O, Azərbaycan cüdosu ilə xüsusi əlaqələrin olduğunu vurğulayaraq, milli federasiyalar içində yeganə olaraq Azərbaycan Akademiyanın mütəxəssislərini beşinci dəfə dəvət etdiyini vurğulayıb. Qalea əmin olduğunu bildirib ki, məşqçilər imtahanları uğurla verərək təkcə sertifikatlar deyil, həm də diplomlar alacaqlar.
Açılış mərasimində Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar şöbəsinin müdiri Mehman Kərimov da çıxış edib. O qeyd edib ki, bir il əvvəl Akademiya Azərbaycanda uğurlu seminar keçirib, məşqçilər sertifikatlar alıb. Kərimov irəliləyişin davamlı olacağına ümid etdiyini bildirib: “Akademiyanın mütəxəssisləri yenidən Bakıdadır və bu, məşqçilərimiz üçün bir daha özlərini sübut etmək şansıdır. Düşünürəm ki, gələn il gender bərabərliyinə uyğun olaraq daha çox qadın məşqçi Akademiyanın seminarına qatılacaq və imtahanlardan da uğurla keçəcək”. O əlavə edib ki, Azərbaycan cüdoçuları Olimpiadalarda yaxşı çıxış ediblər və Parisdə keçiriləcək Yay Oyunlarının da bu baxımdan istisna olmayacağına ümidvar olduğunu bildirib.
Daha sonra çıxış edən ACF-in baş katibi Rəşad Rəsullu BCF-in prezidenti Marius Vizerə, Akademiyanın ekspertlərinə və MOK-a təşəkkürünü bildirib. O, cüdoda təhsilin mühüm rol oynadığını vurğulayıb və Akademiyanın fəaliyyətinin Azərbaycanda cüdonun inkişafına mühüm töhfə verdiyini bildirib. Rəsullu hazırda Bakıda olimpiya çempionu Culiya Quantavalle, türkiyəli mütəxəssis Məsut Kapan və IJF Akademiyasının direktoru Envik Qalea da daxil olmaqla, tanınmış mütəxəssislərin olduğunu vurğuladı. R. Rəsullu məşqçilərin imtahanlarda uğur qazanacaqlarına əmin olduğunu bildirib.
BCF Akademiyasında seminarının həftənin sonuna qədər davam etməsi planlaşdırılır.