Cüdo millimizin Göygöl toplanışı başa çatdı
- 20 Mar 2022 19:20
- 607
Cüdo üzrə böyüklərdən və gənclərdən ibarət milli komandaların Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı başa çatıb.
Rekord.az xəbər verir ki, ümumilikdə 85 cüdoçunun cəlb edildiyi təlim-məşq toplanışının əsas məqsədi qarşıdan gələn beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməkdir.
Qeyd edək ki, Polşa milli komandası da cüdoçularımızla birgə hazırlıq keçiblər.