Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib. Rekord.az xəbər verir ki, toplantıda cüdo üzrə Azərbaycan milli komandalarının yeni məşqçilər heyəti təsdiqlənib.

Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov böyüklərdən ibarət komandanın böyük məşqçisi təyin edilib. Onunla yanaşı, Mehman Əzizov baş məşqçi Mövlud Mirəliyevin köməkçisi təyin olunub. Gənclərdən ibarət yığmanın məşqisi Zaur Babayev də işini əsas millidə davam etdirəcək.

Əsas millinin sabiq böyük məşqçisi, Avropa və dünya çempionu Elxan Məmmədov gənclərdən ibarət komandaya baş məşqçi təyin olunub. Əsas yığmada məşqçi vəzifəsindən ayrılan Elxan Rəcəbli və Rüstəm Alimli Məmmədovun köməkçisi olacaqlar.

Bundan əlavə, sabiq cüdoçulardan Nicat Şıxəlizadə yeniyetmə oğlanlardan, Kifayət Qasımova isə gənc qızlardan ibarət komandaya məşqçi təyin ediliblər.

Böyüklərdən ibarət komanda
Baş məşqçi: Mövlud Mirəliyev
Böyük məşqçi: Elçin İsmayılov
Məşqçilər: Mehman Əzizov, Zaur Babayev

Gənclərdən ibarət komanda
Baş məşqçi: Elxan Məmmədov
Məşqçilər: Elxan Rəcəbli, Rüstəm Alimli

Yeniyetmələrdən ibarət komanda
Baş məşqçi: Ramiz Ramizzadə
Məşqçilər: Emin İskəndərov, Nicat Şıxəlizadə

Qadınlardan ibarət komanda
Baş məşqçi: Rəşad Məmmədov
Məşqçi: İmamverdi Məmmədov
Məşqçilər (gənclər): Vüqar Hüseynov, Kifayət Qasımova
Məşqçi (yeniyetmələr): Elnur İsmayılov.