Cüdo üzrə paytaxt birinciliyinə yekun vuruldu
- 31 Yan 2020 23:59
- 1651
Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən Olimpiya İdman Mərkəzində 15 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyi başa çatıb.
Rekord.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 638 cüdoçu mübarizə aparıb.
Paytaxtın 62 klubunu təmsil edən kiçikyaşlı yeniyetmə cüdoçular qalib adı uğrunda yarışıblar.
Yarışın ilk günündə 270 yeniyetmə cüdoçu qüvvəsini sınayıb. Yarışın birinci günündə qızlar 36 kq, 40 kq, 52 kq, 63 kq çəki dərəcələrində, oğlanlar isə 34 kq, 42 kq, 46 kq, 60kq və 73 kq çəki dərəcələrində mübarizə aparıblar:
-34 kq Əliyev Rəsul
-42 kq Məmişov Məhəmməd
-46 kq Süleymanov Nicat
-60 kq Atakişiyev Nurlan
-73 kq Əzizbəyov Məmməd
Qızlar
-36 kq Rzayeva Nilgün
-40 kq İsmayılova Aliyə
-52 kq Cəfərova Röya
-63 kq Rzayeva Emili
Birinciliyin ikinci günündə isə oğlanlar arasında 5, qızlar arasında 4 çəki dərəcəsində mükafatçılar müəyyənləşib:
-38 kq Musayev Məhəmməd
-50 kq Şamil Tunca
-55 kq Namazov Davud
-66 kq Əliyev Ramal
+73 kq Əhmədov Ramazan
Qızlar
-44 kq Hacıyeva Vüsalə
-48 kq İsmayılova Fatimə
-57 kq Gülməmmədova Gülnarə
+63 kq Sadıqova Jalə.
Mükafatçılara diplom və medallar təqdim olunub.