Cüdo yığmamız Avropa Oyunlarına qələbə ilə başladı
- 01 İyl 2023 14:00
- 322
Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən 3-cü Avropa Oyunlarına qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +90 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq), Nərmin Əmirli və Nigar Süleymanovadan (hər ikisi +70 kq) ibarət kollektiv qarışıq komanda yarışlarında ilk görüşünü 1/16 finalda Çexiyaya qarşı keçirib.
Rəqibinə 4:1 hesabı ilə qalib gələn Azərbaycan yığması 1/8 finalda Fransa seçməsinə rəqib olub.