Bu gün Göygöl Olimpiya Kompleksində böyüklərdən və gənclərdən ibarət cüdo yığmalarımızın birgə təlim-məşq toplanışına start verilib.

Rekord

.az xəbər verir ki, hazırlıq prosesinə 85 cüdoçu cəlb edilib.

Toplanışın əsas məqsədi idmançıların bacarıqlarını təkmilləşdirmək və 1-3 apreldə Antalyada keçiriləcək “Böyük Dəbilqə” turnirinə, eyni zamanda 29 aprel-1 mayda Bolqarıstanda baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Bu toplanış gənclər arasında Azərbaycan birinciliyi başa çatdıqdan sonra yenidən formalaşdırılmış gənclərdən ibarət millinin ilk hazırlıq prosesidir. Yaxın gələcəkdə yığmanın gənc üzvləri də beynəlxalq turnirlərdə iştirak edəcəklər.

Toplanış martın 19-na kimi davam edəcək.