Azərbaycan cüdoçuları Qazaxıstanda keçirilən Türk Dövlətləri Universiadasının cüdo yarışlarının ilk günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Rekord.az xəbər verir ki, qızlar arasında -48 kq çəkidə Ramilə Əliyeva qızıl medal qazanıb.

-57 kq çəkidə Nuray Quliyeva və Nərgiz Hacıyeva isə bürünc medala sahib olublar.

Oğlanlar arasında -66 kq çəkidə Elcan Yusifli gümüş medal, -81 kq çəkidə Elcan Şəfiyev bürünc medal əldə ediblər.