Cüdo üzrə Azərbaycan millisi noyabrın 15-17-də Pila şəhərində keçiriləcək 23 yaşadək idmançılar arasında Avropa çempionatında iştirak etmək üçün Polşaya yollanıb.


Rekord.az xəbər verir ki, yarışda komandamızı 15 idmançı təmsil edəcəklər.


Millinin heyətinə Hüseyn Allahyarov (60 kq), Murad Muradlı (66 kq), Abil Yusubov, Rüfət Şövlətov (hər ikisi 73 kq), Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Aslan Kotsoyev (90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq), Fəridə Mirzəyeva (48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Nərmin Əmirli (78 kq) daxildir.


Qeyd edək ki, yarış "Mosir Pila" arenasında keçiriləcək.