Cüdoçularımızdan uğursuz start
- 11 Yan 2021 18:30
- 891
Qətərin paytaxtı Dohada start götürən "World Masters” turnirinin ilk günü Azərbaycan cüdoçuları üçün uğursuz alınıb.
Rekord.az xəbər verir ki, mübarizəyə qoşulan 4 idmançının hamısı məğlub olub.
66 kq çəkidə yarışam Nicat Şıxəlizadə 1/16 finalda moldovalı Denis Vieruya, Orxan Səfərov isə israilli Barux Şmailova uduzub.
Qadınların yarışında mübarizəyə 1/16 finaldan başlayan Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Qurbanlı Türkiyə təmsilçisi Gülkədər Şəntürkü, Əliyeva isə Misir idmançısı Əzizə Çakırı üstələyib. Lakin növbəti mərhələdə uduzan qadın cüdoçular da mübarizəni dayandırıblar.