Cüdoçularımızın Astanada uğursuz günü
- 17 İyn 2023 18:00
- 305
Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə medal qazana bilməyiblər.
Rekord.az xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə qoşulan 4 kişi cüdoçu uğursuz nəticə ilə yadda qalıb.
81 kq çəki dərəcəsində Zelim Tçkayev 1/4 finala qədər irəliləsə də, əvvəlcə bu mərhələdə tacikistanlı Somon Mahmadbekova, daha sonra isə təsəlliverici görüşdə almaniyalı Dominik Resselə məğlub olub. Həmin çəkidəki digər idmançı Məhərrəm İmamverdiyev 1/16 finalda çıxdığı ilk dueldə uduzub.
73 kq çəkidə Azərbaycanı təmsil edən Telman Vəliyev və Rəşid Məmmədəliyev cəmi bir mərhələ adlaya biliblər və 1/8 finalda turnirlə vidalaşıblar.
“Böyük Dəbilqə”nin ilk günündə Azərbaycanın 8 cüdoçusu çıxış edib, yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
Turnirə iyunun 18-də yekun vurulacaq.