Cüdoçularımızın Yay Olimpiya Oyunlarına hazırlığı davam edir
- 03 İyl 2024 18:30
- 230
Azərbaycan cüdoçularının Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam edir.
Rekord.az xəbər verir ki, yığma üzvləri iyulun 1-dən etibarən İspaniyanın Benidorm şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Toplanışda qadınlar, böyüklər və gənclərdən ibarət yığmaların 30-dan çox idmançısı iştirak edir.
Hazırlıq prosesi iyulun 6-a qədər davam edəcək. Cüdoçularımız Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin son mərhələsini Bakıda keçəcəklər.