Cüdoçumuz 1/4 finalda uduzdu, təsəlliverici görüşə qatılacaq
- 02 Avq 2024 14:40
- 364
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Rekord.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq.
Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.