Cüdoçumuz təsəlliverici görüşdə uduzdu, mübarizəni dayandırdı
- 02 Avq 2024 19:20
- 354
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Rekord.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı təsəlliverici qarşılaşmada dünya çempionu, Endi Qranda (Kuba) ilə qarşılaşıb.
Rəqibinə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.
Bununla da Azərbaycanın cüdo yığması Paris-2024-dəki çıxışını başa vurub.
Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.